Rusiya iqtisadiyyatı sürətlə çökür Dünya

Rusiya iqtisadiyyatı sürətlə çökür

Maliyyə Naziri: "Qərb ölkələrinin sanksiyalarına görə ildə 40 milyard dollar itiririk"

"Neftin ucuzlaşması Rusiya iqtisadiyyatına 90-100 mlrd. ziyan vurub"

Qərb ölkələrinin sanksiyalarına görə Rusiya iqtisadiyyatı ildə 40 mlrd. ABŞ dolları, neftin ucuzlaşmasına görə, 90-100 mlrd. dollar itirir.
Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
Nazirin hesablamalarına görə, cari il üzrə ölkədən kapital axınının həcmi 130 mlrd. dollar, yəni əvvəlki səviyyədə qalır.
Anton Siluanov bildirib ki, neftin qiyməti ilin əvvəli ilə müqayisədə 30% enib: "Bununla yanaşı, rublun məzənnəsi həmin səviyyədə, yəni 30% zəifləyib. Mənə çox vaxt rublun məzənnəsi ilə bağlı suallar verirlər. Mən isə cavabında deyirəm: neftin qiymətlərinə diqqətlə baxın, onlar özünü necə aparsa, rublun məzənnəsi də özünü o cür aparacaq".