Rusiyada Atom Elektrik Stansiyasında yanğın Dünya

Rusiyada Atom Elektrik Stansiyasında yanğın

"İnterfaks" xəbər verir ki, Atom Elektrik Stansiyasının texnologiya meydançasında hidrogenin alışması baş verib.
Üanğın Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi tərəfindən söndürülüb. Zərər çəkənlərin və radiasiya çirklənməsi təhlükəsinin olmadığı bildirilir.
Rusiyanın raytaxtı Moskvadan təxminən 500 kilometr məsafədə yerləşən stansiyada ötən ilin noyabrında da qəza baş vermişdi. Elektrik xətlərində baş verən qəza nəticəsində stansiyanın iki eneryi blokunun fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Rostov Atom Elektrik Stansiyası "Rosatom"un elektrik eneryisi divizionunun filialıdır. Stansiya Rusiyanın cənubunda ən böyük energetika müəssisələrindən biridir. Stansiya Volqodonskun 13,5 kilometrliyində, Simlyan su anbarının sahilində yerləşir.