Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub Dünya

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Seysmoloqlar Sakit okeanın cənub şərqində 5,5 bal gücündə zəlzələ qeydə alıblar.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Avropa Aralıq dənizi seysmoloji mərkəzi bildirib.

Yeraltı təkanların episentri Fransa Polineziyasının Papeete şəhərindən 3 574 kilometr şərqə müşahidə edilib.

Sunami və dağıntılar haqda məlumat daxil olmayıb.