“İran ümumiyyətlə müqavilədən imtina edir” Dünya

“İran ümumiyyətlə müqavilədən imtina edir”

Qabil Hüseynli: "Üstəlik ABŞ tərəfi də göstəriş verib ki, bu müqavilənin müzakirəsi dayandırılsın"

"İranla "altılıq" ölkələri arasında imzalanması nəzərdə tutulan müqaviləyə qabaqcadan şərtlər irəli sürülməyib. Müqavilədə göstərilir ki, İran özünün nüvə potensialını xüsusən uranın zənginləşdirilməsinin miqdarını azaldacaq və onun 3-də ikisini üçüncü bir ölkəyə verəcək. İran isə bu müqaviləni imzalamaqdan hələ ki, boyun qaçırır". Bu sözləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, zənginləşdirilmiş uranın veriləcəyi üçüncü ölkə isə sonradan müəyyənləşdiriləcək: "Müqaviləyə əsasən İrandakı nüvə mərkəzlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin cəlb olunması lazımdır. İran isə bütün bunlardan imtina edir. Bu isə o deməkdir ki, İran ümumiyyətlə müqavilədən imtina edir. Belə olan təqdirdə isə bu cür mövqe müqaviləyə etimadsızlıq yaradır. Üstəlik ABŞ tərəfi də göstəriş verib ki, bu müqavilənin müzakirəsi dayandırılsın, əks təqdirdə veto qoyulacaq. Belə görünür ki, İran müəyyən qüvvələrin təsiri altında qaldığından illər boyu aparılan danışıqların nəticəsində ərsəyə gətirilmiş bir müqavilədən imtina etmək ərəfəsindədir".

Əli