Koalsiyia hansı partiya ilə olacaq? Dünya

Koalsiyia hansı partiya ilə olacaq?

Politoloq: "MHP, CHP, Səadət, Böyük Birlik partiyaları ilə bu koalisiyaya getmə işi inandırıcı deyil"

"Türkiyədə AKP çox ciddi təşviş içindədir. Bu, onunla bağlıdır ki, HDP yüksəlişə doğru gedir. Yəni müsəlman kürdlər əvvəlcə AKP-yə səs verirdilərsə, indi görünən budur ki, sağçı kürdlər bu dəfə HDP-yə səs verəcəklər". Bu sözləri Türkiyədə seçkiöncəsi durumu şərh edərkən politoloq Fərhad Mehdiyev deyib. O, artıq sağçı kürdlərin HDP-nin tərəfində olduğunu bildirib: "Bu, AKP-nin səslərində ən azı 4-5 faizlik azalmaya səbəb olacaq. Əgər AKP tək partiya olaraq iqtidara gələ bilməsə, belə çıxır ki, indiki halda koalisiyaya getməli olacaq. Koalisiya isə AKP ilə bir yerdə olacaq, onun xaricində bir koalisiya qurula bilməz. Problem ondadır ki, bəs AKP belə olan halda kiminlə koalisiyaya girəcək? Hazırda bütün partiyalar arasında qanlı ədavət var. "Səadət", "Böyük Birlik" kimi ən dindar partiyaların da AKP ilə arası xeyli soyuqdur. Gərək MHP, CHP, Səadət, Böyük Birlik partiyaları belə olan halda seçkilərdən sonra koalisiya hökuməti qura bilsinlər ki, məclisin də etimadını qazansınlar. Bunun üçün də bunlara 50 faizdən çox səs lazımdır. Ancaq görünən odur ki, AKP hökuməti tək partiya halında qura bilmir. Belə olan halda isə yalnız bir ehtimal qalır ki, o da AKP HDP-nin koalisiyaya girməsidir. Çünki HDP ilə araları digərləri qədər açıq deyil. HDP isə bunun qarşılığında federal dövlət sözü istəyə bilər. Yəni bu seçkilər AKP üçün çox həyati əhəmiyyətə sahibdir. Bu, sadəcə onunla izah olunmur ki, Ərdoğan referendumla konstitusiya dəyişikliyi istəyir".
Politoloq bildirib ki, Türkiyədə polislərin kütləvi həbsi və bu kimi təxribatlar seçkiyə qədər hələ çox olacaq:
"Ölkə xaosa sürüklənə bilər. Dövlət çevrilişi olsa və işə ordu qarışsa, bu, AKP-yə böyük ziyan vura bilər. Ona görə də bu proses çevrilişə qədər getməyəcək. Seçkilər olacaq. AKP böyük ehtimalla 40-45 faiz arası səslə seçiləcək. HDP ilə hökumət qura bilsə, koalisiya şəklində quracaq. Yox əgər qura bilməsə, o biri cəbhə ilə də bu ehtimal çox yüksək deyil. Yəni MHP, CHP, Səadət, Böyük Birlik partiyaları ilə bu koalisiyaya getmə işi inandırıcı deyil. Böyük ehtimalla bu, olsa-olsa AKP ilə HDP arasında ola bilər. Məsələ orasındadır ki, hazırda prezident Ərdoğandır. Hökuməti qurma tapşırığını da o verir. Yəni AKP-nin əlində bu imkan varkən hökuməti qurma işini adı çəkilən partiyalara verməyəcək".

Əli