Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ermənisiz Ermənistana doğru 2015”

“Ermənisiz Ermənistana doğru 2015” Dünya

“Ermənisiz Ermənistana doğru 2015”

Erməni jurnalistin acı etirafı: "Qarabağ erməni xalqını aclıqla üz-üzə qoyub"

"Ermənistan xəritədən silinmədən Qarabağ mövzusunda Azərbaycanı razılaşıb yollar axtarılmalıdır"

Cavid
Qafqaz Strateji Araçdırmalar Mərkəzinin (Kafkassam) İrəvan ofisinin əməkdaşı Qnarik Alaverdiyan Ermənistandakı mövcud durumu və erməni xalqının üzləşdiyi acınacaqlı reallıqları əks etdirən mənzərəni qələmə alıb. "Ermənisiz Ermənistana doğru 2015" sərlövhəli məqalədə jurnalist qeyd edib ki, Qarabağ müvəqqəti qələbə eyforiyasında olan Ermənistan üçün bşyük fəlakətlərə qapı açıb.
Erməni jurnalist yazır: "Gəlin Kim Kardaşyanın bir layihə olaraq hazırlanan Ermənistan səfəri davam edərkən bir az da Ermənistan gerçəklərinə baxaq.
Ermənistan yaşlılar və qadınlar ölkəsi olmağa doğru sürətlə irəliləyir. 2015-ci ildən gözləntiləri azalan erməni xalqı yavaş-yavaş ölkəni tərk edir. Kişilər işləmək üçün xaricə gedərkən ölkədə qalan qadın və uşaqları yaxınlarının ümidinə qalmaq məcburiyyətində qalır. Amma əksər hallarda onlara heç yaxınları da yaxın durmurlar, çünki özlərinin yetərincə problemləri var".
Q.Alaverdiyan daha sonra yazır ki, Qarabağ siyasəti təkcə Azərbaycana deyil, Ermənistana da təsir etməkdədir: "Bu hər iki ölkə üçün başağrısına çevrilib. Azərbaycan iqtidarı Qarabağ münaqişəsinin həlli istiqamətdə güclənir. Qarabağ isə Ermənistanın başbəlası olmaqda davam edir. Ölkə dağılır, xalq aclıq, səfalət işində yaşayır və fürsət tapdıqda ölkəni tərk edir. Erməni xalqı üçün uğrunda döyüşdüyü Qarabağ indi onu aclıqla üz-üzə qoyub. Bu vəziyyəti artıq Ermənistan rəsmilərini də dilə gətirib, etiraf ediblər.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan da Ermənistanda əhalinin kütləvi köçünü müşahidə etdiyini, investorların ölkədən getdiyini, daşınmaz əmlak bazarında tələbin düşdüyünü dəfələrlə bəyan edib. Yəni erməni xalqı əlində, ovucunda nə varsa satıb Ermənistanı tərk edir. Daşınmaz əmlak bazarında tələb və qiymətlərin düşməsinin inşaat sektorunda da enişə səbəb olub. Araşdırmalara görə, Ermənistan əhalisinin 40 faizi fürsət tapıb ölkədən getməyi düşünür. Bu gerçəkləri Köxəryan da dilə gətirib. Amma o, problemin həllini göstərmir. Və sanki özünün bunda payı yoxmuş kimi görünməyə çalışır: "Ölkədən getməyi düşünən bir insan, qaçdığı ölkə və ya şəhərdən daşınmaz əmlak almaq istəməz. Eyni vəziyyət daşınmaz əmlak sektorunda sahibkarlıq üçün də söz mövzusudur. Problemlər olduqca çoxdur. Bunun məsulu əvvəlki hökumət deyil və hər halda yadplanetlilər də deyil, böhranın da bununla əlaqəsi yoxdur. Yəni məsuliyyətdən qaçmaq qeyri-mümkündür. Əgər baş nazir bunu anlamırsa, bu onun problemidir. Əgər anlayırsa, amma yalan söyləyir və olanları mənim və Markaryanın üzərinə ataraq vəziyyətdən çıxmağa çalışır. Yəqin ki, burada hər iki ehtimal söz mövzusudur. Hər bir halda, zərər verici baş nazir, ölkə üçün çox lüksdür"".
Jurnalist yazır ki, Köçəryan Ermnistandakı mövcud duruma görə indiki hakimiyyəti birbaşa günahkar kimi təqdim etməklə öz məsuliyyətini gizlədir: "Halbuki erməni xalqının bu günə düşməsinin birinci səbəbi Köçəryanın Qarabağ "eşqi"dir. Qarabağ erməni xalqının milliyyətçi duyğularından doğan əldə etdiyi bir torpaqdır, amma o torpaq indi ermənilərin qaçmasına səbəb olmaqdadır. Artıq Qarabağın bizim üçün bir mənası qalmır.
Ermənistan xəritədən silinmədən Qarabağ mövzusunda Azərbaycanı razılaşıb yollar axtarılmalıdır. Münasibətləri normallaşdırmaq Ermənistan üçün tək çıxış yoldur. Azərbaycan üçün deyiləcək çox şey var, amma əvvəlcə Ermənistanı erməni xalqının yaşaya biləcəyi bir dövlətə çevirmək lazımdır. Əks halda rusların da dediyi kimi ermənisiz Ermənistan reallaşacaq. Biz 2015-ci ildə bir ciddi proseslərin ola biləcəyini düşünürdük, amma belə görünür ki, Ermənistan ermənisiz qalacaq və gedəcək yerimiz tək Türkiyə olacaq. İndi geriyə dönüb baxdığımızda... qarınımız aç, kimsəsiz qalmışıq və ittihamladığımız Türkiyəyə ümidimiz qalıb. Sizcə, bunda bir tərslik yoxmu? Həm Türkiyəyni söyəcəyik, həm də Türkiyədən kömək gözləyəcəyik. Siz Türkiyənin yerində olsanız nə edərdiniz?
Mənim ailəm Köçəryanın, Sarkisyanın siyasi oyunlarının qurbanı oldu. Atam Moskvada, anam evdə işin-için ağlayır, qardaşım İstanbulda ucuz işdə çalışır, bacımın Dubayda nə etdiyi bəlli deyil. Mən isə İrəvanda pərişanam. Mən artıq 24 aprelin şəxsiyyətimizin bir hissəsi olmasından rahatsızam, insan kimi yaşamaq istəyirəm, Qarabağın "gözətçisi" olmaqdan yoruldum... Parçalanan ailəmi birləşdirmək istəyində olduğum üçün günahkarammı? Artıq bitsin bu 24 aprel istismarı, artıq ölülərimizi unudaq, yasımızı bitirək. Türkiyədən torpaq və təzminat istəməkdənsə, çörək gözləyək".