Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi razılaşdırılıb
Paşinyan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə münasibət bildirib
BMTM-də Cənubi Qafqazda yeni geosiyasi reallıqlar mövzusunda tədbir keçirilib - FOTO
bp: Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq
24 May 2022 10:09
2 359
Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72.0 % azalıb. Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir.
Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-nin montironqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.
Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.