İsrail ordusu İrandan yeni raket zərbəsi aşkar edib
8 Mart 16:04
8 Mart 16:04
22 İyun 2022 14:59
2 800
Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir. Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq. Bu, mayın 24-də tərəflər arasında razılaşdırılıb. Təbii ki, 2021-ci il noyabrın 26-da Soçidə liderlərin bəyanatında qeydə alındığı kimi sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üzrə addımlar atmaq vacibdir", - deyə o bildirib.
7 Mart 13:36
1 911
7 Mart 11:27
1 799
7 Mart 11:01
1 869