Mikayıl Cabbarov: "Sənaye zonalarına 450 milyon manatdan çox investisiya ediləcək" Hadisə

Mikayıl Cabbarov: "Sənaye zonalarına 450 milyon manatdan çox investisiya ediləcək"

İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
O bildirib ki, 10.100-dən çox daimi iş yeri yaradılıb.

"Növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. manatdan çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur",- deyə, nazir əlavə edib.