Ötən həftə 700 hektara yaxın ərazi minalardan təmizlənib Hadisə

Ötən həftə 700 hektara yaxın ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, avqustn 1-dən 6-na qədər 204 piyada əleyhinə mina, 32 tank əleyhinə mina və 29 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 697 hektar ərazi mina və PHS-lərdən təmizlənib.