“Övladları olan qadınlara güzəşt tətbiq edilmir” Hadisə

“Övladları olan qadınlara güzəşt tətbiq edilmir”

“Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlər haqqında güzəştləri əks etdirən maddə daxil edilə bilər. Bakının ətraf bölgələrindən gələnlər bu problemi daha çox hiss edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib. Deputat qeyd edib ki, tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun: “Xüsusilə də ən azı bunun qadınlara yönəlik tətbiq olunması lazımdır. Çünki himayəsində övladları olan qadınlar onları məktəbə, bağçaya qoyaraq, işə getdiyinə görə, ən çox problemlər onlarla bağlı yaşanır, amma həmin qadınlara bağlı güzəşt tətbiq edilmir”.