Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin necə vəhşi olduqlarının əyani sübutudur - Faiq İsmayılov Hadisə

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin necə vəhşi olduqlarının əyani sübutudur - Faiq İsmayılov

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin necə vəhşi olduqlarının əyani sübutudur.

Bunu Trend-ə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

F.İsmayılov bildirib ki, belə məzarlıqlar ermənilərin torpaqlarımıza hücumu zamanı əhalini əsir götürüb güllələməsi nəticəsində yaranıb.

"Ermənilər əsir götürdükləri azərbaycanlıların içərisindən gəncləri və uşaqları seçib orqanlarını götürüb, sonra isə öldürürdülər. Yaşlı və orta yaşlı vətəndaşlarımızı götürüb qul kimi işlədirdilər. Edilli kəndində gördüyümüz daş döşənmiş yerləri də əsirlərə düzəltdiriblər. Şahidlərin dediyinə görə, Xocavənd rayonunun Qaradağlı kəndində də kütləvi məzarlıq var. İyirmidən çox insanın öldürülərək quyuya atıldığı deyilir. Başqa bir məlumata görə isə Laçın şəhərinin xəstəxanasında 1993-1998-ci illərdə ermənilər orqan transplantasiyası ilə məşğul olurdular. Bu orqanları çıxardaraq başqa ölkələrə satırdılar. Bu baxımdan, ermənilər nəinki torpaqlarımızı işğal edib, həm də mülki əhaliyə qarşı cinayət törədiblər", - deyə F.İsmayılov qeyd edib.

Qeyd edək ki, Xocavəndin Edilli kəndində kütləvi məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və kəndirlə bir-birlərinə bağlanıb.