Ağdam sənaye parkındakı müəssisələr ilin sonlarında işə başlayacaq Hadisə

Ağdam sənaye parkındakı müəssisələr ilin sonlarında işə başlayacaq

2022-ci ildə Ağdam sənaye parkında 12 sahibkarlıq subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu verilib.

Bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rezidentlər sənaye parkına 66 milyon manatdan çox investisiya qoyacaq və 800-dən çox iş yeri açacaq. Sənaye parkındakı ilk müəssisələr 2023-cü ilin sonlarında işə başlamalıdır.

Xəbər yenilənəcək