Magistraturaya sənəd qəbulu bu gün başa çatır Hadisə

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 9 fevral saat 09.00-a olan məlumata əsasən, 17222 bakalavr (Azərbaycan bölməsi - 15799; rus bölməsi - 1423) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 125 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.