Əraqçi: Azərbaycanla fikir ayrılıqlarımızı dialoqla həll etmək yolunu tutmuşuq
Səfirlik: Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır
Abbas Əraqçi: Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik
Ceyhun Bayramov: Azərbaycan “3+3” formatlı görüşə ev sahibliyi etməyə hazırdır
“Bu, Netanyahu hökumətini daha məsuliyyətli olmağa vadar edir”
4 May 2023 18:11
2 632
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda avtomobildən külli miqdarda oğurluq edən dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Huseyn Hümbətov 5 il 6 ay, Fərid Ağayev isə 4 il azadlıqdan məhrum edilib.
İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.