İƏT Gənclər Forumundan Türkiyəyə dəstək Hadisə

İƏT Gənclər Forumundan Türkiyəyə dəstək

Türkiyə mətbuatının xəbərlərinə əsasən, FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İƏT Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin bu ilin 10-23 avqustda "Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə" şüarı altında Antaliyanın Duacı məntəqəsində təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada dünən öz işini başa çatdırmışdır.
Düşərgənin bağlanış mərasimində İKGF-nin Sədri Elşad İskəndərov, Antalya valisi Münir Karaloğlu, Antalya şəhərinin Bələdiyyə Sədri Menderes Türel və Türkiyə Gənclər və İdman Nazirliyinin Baş Direktoru Emre Kaçar çıxış etmişlər.
İKGF Sədri Elşad İskəndərov çıxışında gənclərin qəbul etdiyi və FETÖ-nün 15 iyul tarixində qanlı çevriliş cəhdini qınayaraq, İslam ölkələri gənclərinin Türk xalqı və Türk gəncləri ilə həmrəy olduğunu ifadə edən bəyannaməni qəbul edən gənclərə təşəkkürünü bildirmişdir. İlk gündən İKGF-nin Türk xalqı və hökümətinin yanında olaraq, bəyanatla çıxış edən ilk beynəlxalq təşkilat olduğunu xatırladan E. İskəndərov bu bəyanatın da dünyada geniş əks-səda yaratdığını geyd etmişdir.
Belə ki, Forumun sosial şəbəkələr vasitəsilə Türkiyəyə dəstək çağırışı #YouthWithTurkey həştəqiylə ümumilikdə 7 milyon gəncə çatdırılmış, 100 mindən artıq "like" alınmışdır. Bundan başqa, Düsərgədə qəbul edilmiş bəyanatla bağlı 14 ölkədə müxtəlif dillərdə xəbərlər çıxmışdır.
Mərasimdə çıxış edən Antalya valisi Münir Karaloğlu, Antalya Böyülk Şəhər Bələdiyyə Sədri Menderes Türel və Türkiyə Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə Baş Direktoru Emre Kaçar öz çıxışlarında Düşərgənin həm İslam dünyası gənclərinin inkişafı, həm də Türkiyə tarixi üçün belə bir həlledici zamanda təşkil edilməsi baxımdan əhəmiyyətini vurğulayaraq, İKGF-yə bu təşəbbüsünə görə təşəkkür etmişlər.