

Bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-ya bildiririlib ki, Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır:
"Hal-hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər".