Cəlilabadda mağaza yanıb Hadisə

Cəlilabadda mağaza yanıb

Cəlilabadda təsərrüfat malları mağazası yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən mağazalardan birində qeydə alınıb. Yanğının qısaqapanma nəticəsində başlandığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin yerli bölmələri tərəfindən yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.