Bu gün bizim üçün ən əziz gündür – Füzuli sakini Hadisə

Bu gün bizim üçün ən əziz gündür – Füzuli sakini

Bu gün bizim üçün ən əziz gündür.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Bağırov Səfa deyib.

"Vətənimizə qayıdırıq. Doğma yurdumuza qayıtmaq imkanına görə hökumətə və Prezidentə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 150 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.