Goranboyda minik avtomobili yanıb Hadisə

Goranboyda minik avtomobili yanıb

Goranboy rayonunun Boluslu kəndində “VAZ” markalı minik avtomobilinin idarəetmə lövhəsi, mühərriki və salonu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.