Ödənişli yolda qəza baş verib - Xəsarət alanlar var Hadisə

Ödənişli yolda qəza baş verib - Xəsarət alanlar var

22 aprel saat 21:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 6 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu təyin edilib.
Xəsarət alanlardan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər öz istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.