“Şəxsi məlumatların oğurlanması halları...” Hadisə

“Şəxsi məlumatların oğurlanması halları...”

“Texnologiyadan qaynaqlanan problemlər cəmiyyətlərin probleminə çevrilir. Şəxsi məlumatların oğurlanması halları bu xüsusda mühüm yer tutur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bank işçiləri adı altında insanların şəxsi məlumatları ələ keçirilir: “Bu baxımdan kibertəhlükəsizlik məsələsi aktual olaraq qalır. Kibercinayətkarlığa qarşı hər bir ölkədə olduğu kimi Azərbaycanda lazımı işlər aparılır. Amma bu istiqamətdə ictimai maarifləndirmə aparılması daha məqbul olardı”.