Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub - FOTO Hadisə

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub - FOTO

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

Trend xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

xxx

14:20

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilir.

Trend xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.

xxx

13:28

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Füzuli şəhəri ilə tanışlıqdn sonra Şuşa şəhərinə gəliblər.

Trend xəbər verir ki, dini liderlərin iştirakı ilə Şuşa görüşü keçiriləcək, dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul ediləcək.

Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub (YENİLƏNİB) (FOTO)

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub (YENİLƏNİB) (FOTO)

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub (YENİLƏNİB) (FOTO)