İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxın şəxsi əhatə edəcək Hadisə

İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxın şəxsi əhatə edəcək

Yeni Sərəncama əsasən İkinci Dünya müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən xəbərə görə, Sərəncam ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacaq

“Onlardan 30-u İkinci Dünya müharibəsinin iştirakçısıdır”, - məlumatda qeyd edilib.