Nazir: Özbəkistanla yükdaşımalar 1 mln. tona çatdırılacaq Hadisə

Nazir: Özbəkistanla yükdaşımalar 1 mln. tona çatdırılacaq

Azərbaycan və Özbəkistan arasında yükdaşımaların həcminin 1 milyon tona çatdırılacağı gözlənilir.

“APA-Economics” Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkənt İnvestisiya Forumunda” çıxışı zamanı deyib.

O, qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında nəqliyyat, investisiya, enerji və sənaye kimi əsas istiqamətlərdə əməkdaşlıq fəal inkişaf edir:

“İki il əvvəl Azərbaycanda Özbəkistandan gətirilən mallara xüsusi tariflər tətbiq edilib ki, bu da yükdaşımaların həcmini dəfələrlə artırmağa imkan verib. Bu ilin ilk üç ayında iki ölkə arasında bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif yük daşınıb".