Mustafa Abbasbəyli vəzifəsindən azad edildi Hadisə

Mustafa Abbasbəyli vəzifəsindən azad edildi

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, M. Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.

Xatırladaq ki, o, 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.