13 Noyabr 12:41
13 Noyabr 11:56
26 Noyabr 2024 22:52
2 471
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Xalqcebhesi.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" və VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Prius" aşıb.
Qəza nəticəsində iki nəfər - 1964-cü il təvəllüdlü Abdul Vəlişov və 1989-cu il təvəllüdlü Vüsal Vəliyev xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların rayona yas məclisinə getdikləri deyilir.
Məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
13 Noyabr 19:54
903
13 Noyabr 19:34
1 085
13 Noyabr 18:53
896