“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
3 Dekabr 2024 14:10
3 409
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev həmyerlimiz Sadiyev Qəhrəman Sənan oğlunu fəal işlərinə görə dövlət mükafatı, “Şapaqat” medalı ilə təltif edib.
Dominant.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yaşayan həmyerlimiz Qəhrəman Sadiyev Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.
Hüquq elmləri doktoru olan Q.Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır. Uzun müddət bu ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror və məhkəmə sistemində müxtəlif vəzifələrdə - Almatıda məhkəmə sədri, hakim kimi çalışıb.
Yaşadığı ölkədən və tutduğu vəzifələrdən asılı olmayaraq, Q.Sadiyev hər zaman Azərbaycan adını yüksək tutub, vətənimiz üçün maddi və mənəvi dəstəyini əsirgəməyib. Həmçinin Qazaxıstanda Azərbaycan diasporasının qurulması və fəaliyyəti ilə bağlı mühüm işlər görüb. Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olub.
Onu da qeyd edək ki, Q.Sadiyev əslən Yardımlı rayonunun Telavar kəndindəndir. Yardımlı Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biridir.



8 Dekabr 20:41
805
8 Dekabr 17:57
1 043
8 Dekabr 16:25
1 022