
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə 14 dekabr 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.
Sözügedən Nazirliyin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.
Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 400-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub.
Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsinə keçid etməklə tanış olmaq mümkündür: https:/stz.az.