DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
Dövlət Agentliyi: İstehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib olunub
Baş Prokurorluq və DİN 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb
Premyer Liqa klubu “Borussiya Dortmund”un futbolçusunu istəyir
9 Dekabr 2024 11:35
3 626
Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) növbəti - Vl Qurultayı keçirilib.
Qurultayda əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qurultay zamanı BAK-ın fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olundu.
Qurultayda Azərbaycanın Niderlanddakı səfirliyinin 1-ci katibi Vüsal İbrahimov, Hollandiya Odlar Yurdu Təşkilatının, Avropa Azərbaycanlıları media qrupunun, BAK-ın nəzdində fəaliyyət göstərən təşkilatların rəhbərləri ilə yanaşı, Azərbaycan diasporunun fəal üzvləri də iştirak ediblər.
Qurultayda təşkilati məsələlərə də baxılıb, yeni sədr və 11 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Elsevər Məmmədov yenidən, yekdilliklə, növbəti 4 il müddətinə Benilüks Azərbaycanlıları Konqresinin sədri seçilib.
Daha sonra BAK-ın növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub.
Qurultay zamanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbriki çatdırılıb.
Cavid




