Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır Hadisə

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları siyahısına əlavə edilir.
Bununla bağlı "Dövlət qulluğu haqqında" qanunun 8-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) dəyişiklik nəzərdə tutulub.
Belə ki, qanunun 8.1.1 əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası (Ali kateqoriya dövlət orqanları ) siyahısına əlavə edilir.
Hazırkı qanunvericiliyə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları ) siyahısına daxildir.
Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.