
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“"Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forum sayca 7-ci idi. Bu forum bizim ADA Universitetinin ənənəvi forumudur. Biz hər il bu forumu keçiririk. Forum bəzi zamanlar hətta ildə iki dəfə keçirilib”.
Bunu xalqcəbhəsi.az-a ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forum haqqında danışarkən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Deputat bildirib ki, ənənəvi keçirilən bu forumda geniş məsələlər müzakirə olunur: “Forumda regional təhlükəsizlik, Qarabağ problemi, dünyada baş verən proseslər, energetika məsələləri, nəqliyyat dəhlizləri, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri, beynəlxalq təşkilatlarda Azərbaycanın rolu kimi məsələlər müzakirə olunur. Budəfəki forum dünyada baş verən dəyişikliklər mövzusuna həsr olunmuşdu. Forumda cənab Prezident bir çox məsələlərə toxundu. O cümlədən dünyada Azərbaycanın rolu, həm beynəlxalq arenada, həm regional çərçivədə çox önəmli bir dövlət olması haqqında danışdı. Biz həm Asiya ilə Avropanı birləşdirən, həm Avropanın enerji təhlükəsizliyinə töhfə verən, həm də islam dünyasını, türk dünyasını gücləndirən bir dövlətik. Forumda bütün bu məsələlər müzakirə olundu. Gələcəkdə də belə forumların keçirilməsi planlaşdırılır”.
Röya İsrafilova