
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dövlət Komitəsinin könüllüləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışı əsasında başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib. Komitə könüllülərinin bu prosesin fəal üzvləri olduğunu nəzərə çatdırıb.
Ramin Məmmədov, gənclərin könüllü olaraq müxtəlif sosial layihələrdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gənclər sosial işlərdə fəal iştirakla yanaşı, müxtəlif təşəbbüsləri ilə cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayırlar. Komitə sədri könüllülərin təşəbbüskarlığının ölkənin inkişafı üçün əvəzsiz olduğunu bildirərək, gənclərin müxtəlif sahələrdəki fəaliyyətlərinin dəstəklənməsi üçün Dövlət Komitəsi tərəfindən daha çox layihələrin həyata keçiriləcəyini deyib. Ramin Məmmədov gənclərin cəmiyyətin inkişafına töhfə verən, müsbət dəyişikliklər yaradan layihələrdə iştirak etmələrinin önəmli olduğunu və bu prosesin davamlılığını təmin etmək üçün Dövlət Komitəsinin bütün imkanlarını səfərbər etməyə hazır olduğunu diqqətə çatdırıb.
İştirak etdikləri təlimlər və qazandıqları təcrübələr barədə öz təəssüratlarını bölüşən gənclər qeyd ediblər ki, bilik və bacarıqlarının inkişafında, mütəxəssis kimi formalaşmalarında bu layihə mühüm rol oynayır.
Görüşdə təşkili nəzərdə tutulan layihələrlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Komitəsinin yeni tərkibdə formalaşdırılmış növbəti könüllü layihəsi “AMİN könüllüləri” adlandırılıb.
AMIN (Azerbaijan Multicultural Information Network) - Dövlət Komitəsinin xidmətlərinin elektronlaşdırılması ilə bağlı yeni layihəsidir.
Cavid