Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
23 Aprel 19:23
2 793
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün bayraqların alınması məqsədilə “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, nazirlik toplam 932 ədəd müxtəlif bayraqların və 30 ədəd bayraq üçün dirəklərin alınması üçün şirkətə 197 min 848 manat ödəyəcək.
Müvafiq işlərin görülməsinə bu ayın 2-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ərzində Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif bayraqların satın alınması ilə bağlı tenderin ilkin dəyəri 201.992,74 AZN olub. Müdafiə Nazirliyi “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 197 min 848 manata razılaşıb.
Müqavilə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Ordusunun, Quru Qoşunların, Hərbi Hava Qüvvələrinin müxtəlif ölçülərdə bayraqlarının alınması nəzərdə tutulub.
Bundan əlavə, Türkiyə, Qazaxıstan,Rusiya, Gürcüstan dövlət bayraqlarının alınması da müqaviləyə daxildir.
“Azer Atribut” MMC Bakıda fəaliyyət göstərir. Şirkət böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir.
15:29
882
25 Oktyabr 16:43
1 498
25 Oktyabr 13:34
1 589