Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib
Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
24 Aprel 2025 11:46
3 850
Aprelin 23-də qardaş Türkiyədə 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 105-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib. Həmin gün Azərbaycanda da çeşidli və yaddaqalan tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində olub.
Liseydən xalqcəbhəsi.az-a verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra meydan şagirdlərə verilib.
Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Həmçinin şagirdlər dahi Mustafa Kamal Atatürkün adını daşıyan bir təhsil ocağında təhsil almağın verdiyi qürur hissindən də bəhs ediblər.
O da bildirilir ki, əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar mərasimi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.
12:18
364
11:38
441
11:20
483


