Azərbaycan Serbiyaya yardım göndərib Hadisə

Azərbaycan Serbiyaya yardım göndərib

Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınları baş verən Serbiyaya yardım göndərib. APA-nın xəbərinə görə, ötən gün yardım yüklənmiş ilk təyyarə Serbiyaya yola salınıb.
Yardımın yola salınması mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.
FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım prezident İlham Əliyevin tapşırığı əsasında yola salınır: "Axşam saatlarında isə Bosniya və Herseqovinaya yardım yüklənmiş təyyarə yola salınacaq. Yardıma müxtəlif texniki avadanlıqlar, 12 ədəd müxtəlif ölçülü motorlu qayıq, 260 ədəd çadır, 300 səhra yataq dəsti, 1500 ədyal, 40 ədəd elektrik generatoru, 20 ədəd su pompası və s. daxildir".
Yardım FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək. Qeyd edək ki, Serbiyada və Bosniya və Herseqovinada baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb.