“Sanksiyalar Rusiyanı daha da aqressivləşdirə bilər”
20 Noyabr 22:57
20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
20 Noyabr 15:52
Pezeşkian paytaxtın Tehrandan köçürülməsi təklifini yenidən gündəmə gətirib
İran BAEA olmadan nüvə obyektlərinin dağıntıları altından zənginləşdirilmiş uranı çıxarmayacaq
Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
Pentaqon Ukraynaya mineral istehsalı üçün ayrılan 30 milyon dolları başqa yerə yönəldib
Keçmiş məcburi köçkün: Şəhidlərimizin fədakarlığı sayəsində bu günüləri gördük
21 Avqust 11:20
1 855
Gəncə Memorial Kompleksində son tamamlama işləri gedir.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Memorial Kompleksə təşkil olunan media-turda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib.
Qeyd olunub ki, ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə iki mәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada Ermənistan silahlı qüvvələri tərəfindən Vətən müharibəsi dövründə mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk.
Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk.
R.Cahangirov bildirib ki, hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.