

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Şahsevən qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlu isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
14:12
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.