15:56
1 036
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsinin qara qutusunun tapıldığını və onun təhlilinə başlandığını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.
"Hadisə xəbəri gələn kimi milli müdafiə nazirimiz, eləcə də daxili və xarici işlər nazirləri aidiyyəti qurumlarla əlaqə yaradıblar. Dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. Biz Gürcüstan rəsmiləri ilə birlikdə dərhal pilotsuz uçuş aparatlarımızı axtarışlara cəlb etdik. Elə həmin gün axşam saatlarında təyyarənin dağıntılarının olduğu ərazinin tapıldığı barədə məlumat daxil olub. Mühasirəyə alınan təyyarəmizin qara qutusu tapıldı və onun təhlilinə başlanıldı”, - deyib.
O, həmçinin "19 qurbanın cəsədinin tapıldığını və sonuncu qurbanın cəsədinin axtarışlarının davam etdiyini" göstərib.
Məryəm Quliyeva
15:23
644
15:18
721
12:56
882