Metronun "Cəfər Cabbarlı" stansiyasında tüstülənmə olub, giriş-çıxış bağlanıb - YENİLƏNİB Hadisə

Metronun "Cəfər Cabbarlı" stansiyasında tüstülənmə olub, giriş-çıxış bağlanıb - YENİLƏNİB

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

Bu barədə "APA-Economics"ə Bakı Metropoliteni QSC-dən bildirilib.

Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.

Qeyd olunub ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

***

09.30

Metroda tüstüləmə olub.

APA xəbər verir ki, tüstüləmə "Cəfər Cabbarlı" stansiyasında baş verib.

Belə ki, stansiyada tüstü müşahidə edilib.

İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.