Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
4 Dekabr 2025 12:52
1 848
Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göyçay rayonu, Qarabaqqal kənd “Cümə” məscidini ziyarət edib.
Məscidin din xadimləri ilə keçirilən görüşdə dövlət-din münasibətlərinin inkişafı, dini maarifləndirmənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam dini biliklərə yiyələnməsi məsələləri müzakirə olunub. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini icmaların fəaliyyətinə göstərilən dəstək ardıcıl şəkildə davam etdirilir. Gənclərin zərərli ideologiyalardan qorunmasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Ramin Məmmədov din xadimlərini İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliğində daha fəal olmağa çağırıb, milli-mənəvi dəyərlərə zidd ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Din xadimləri dövlətin dini sahəyə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini ifadə edərək, dini maarifləndirmə, gənclərin sağlam ruhda tərbiyəsi və icmalararası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Cavid
