Tramp dönəmində Latın Amerikası – yeni geosiyasi realıqlar
7 Yanvar 23:52
7 Yanvar 23:52
7 Yanvar 23:43
7 Yanvar 10:22
1 218
Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
APA-nın xəbərinə görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
7 Yanvar 20:43
1 064
7 Yanvar 19:45
1 218
7 Yanvar 17:58
1 183