Britaniyalı mütəxəssis Azərbaycanın 8 giqavat enerji əldə etmək öhdəliyindən təsirlənib Hadisə

Britaniyalı mütəxəssis Azərbaycanın 8 giqavat enerji əldə etmək öhdəliyindən təsirlənib

Avropanın COP-29 üçün Azərbaycana gəldiyini görmək çox gözəl idi.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Böyük Britaniyanın H/Advisors şirkətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Domion Potter azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakıda keçirilmiş COP29-dan sonra Azərbaycanın 8 giqavat bərpa olunan enerji əldə etmək öhdəliyini götürməsindən təsirlənib: “Söhbət yalnız dünyanın hər yerindən 70 fərqli dövlət başçısının və müxtəlif nümayəndə heyətlərinin iştirakı ilə bir tədbirin keçirilməsindən getmir. Bu, COP-un bir hissəsidir, lakin tərəflərin iclas otağında əldə etdikləri nəticələrə sadiq qalması daha vacibdir. Biz buna, xüsusən də itkilərə və zərərlərə və iqlim dəyişikliyindən təsirlənən icmalar üçün əldə etdiyimiz uğurlara əhəmiyyət vermirik. Azərbaycan xalqının rifahı naminə neftdən digər bərpa olunan enerji mənbələrinə keçid üçün uzunmüddətli strategiya mövcuddur. Bu həm də çiçəklənməyə kömək edir, eyni zamanda, daha təmiz hava ilə nəfəs almağımıza da şərait yaradır. Bu, təkcə Cənubi Qafqazda deyil, dünyanın digər ölkələrinə də kömək edir”.

O, Azərbaycanda dəfələrlə olduğunu da xatırladıb.