​​AVCİYA yeni layihəyə START VERİR Hadisə

​​AVCİYA yeni layihəyə START VERİR

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qərbi Azərbaycan Araşdırmalarına əsaslanangenişmiqyaslı layihənin icrasına başlayıb.

​Azərbaycan QHT sektorunda özünəməxsus yeri olan AVCİYA yarandığı gündən onlarla böyük layihə gerçəkləşdirib.

​Assosiasiyanın nəşr etdiyi çoxsaylı kitablarda işğal altında olan bölgələrimizin tarixi,mədəniyyəti, məcburi köçkünlərin problemləri, erməni təcavüzkarları tərəfindən torpaqlarımıza 100 milyard dollardan çox maddi ziyanın həcmi araşdırılıb. Azərbaycana dəymiş ziyanla bağlı2012-ci ildə Assosiasiyamız tərəfindən faktlara əsaslanan mənbələrlə zəngin “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” adlı kitabnəşr edilib.

​“Xocalı soyqırımı: milyon imza, bir tələb” aksiyası çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq 16 cildlik, hər cildi 1000 səhifədən ibarət kitab halında çap etdirilərəkAvropa, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərilib, ABŞ Senatına, Konqres, BMT, AP, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunub.

​AVCİYA-nın həyata keçirdiyi “Sərsəng harayı” adlı genişmiqyaslı layihə çərçivəsində Sərsəng su anbarının siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılıb.

​AŞPA-da torpaqlarımıza qarşı erməni təcavüzü ilə bağlı qəbul edilmiş 2085 (2016) saylı qətnamə ilə ilk dəfə Beynəlxalq təşkilatlarda Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktı beynəlxalq ictimaiyyətə təqdim olunub.

​AVCİYA 2016-cı ildə “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” ABŞ Prezident Administrasiyasınaünvanlandığı, “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilən petisiya Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına öz töhfəsini verib.

Obama Administrasiyasına ünvanlanan bu petisiya qısa bir zamanda, 1 ay müddətində 330 min səs toplayaraq 2-ci yer tutdu və Sərsəngi, Ermənistanın torpaqlarımızı işğalı faktını bütün dünyaya tanıtdı.

​44 günlük Vətən müharibəsində Ali Baş Komandan, müzəffər Prezident cənab İlham Əliyevin sərkərdəliyi ilə qazandığımız Zəfərimizdən sonra regionda və dünyada yaranmış yeni siyasi reallıqlar, ölkəmizin günbəgün artan beynəlxalq nüfuzu Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirib.

​AVCİYA Qərbi Azərbaycan Araşdırmalarına əsaslanan genişmiqyaslı layihənin icrası ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.