İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
İran XİN: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
İran XİN: ABŞ ilə sazişin yekun variantı üzərində işlər davam edir
Şahdəniz sazişinin 30 ili tamam olur: yataqdan indiyədək 271 mlrd. kubmetr qaz hasil edilib
16 Mart 11:20
2 226
Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Lənkəran şəhərində hakimlər üçün mülki hüquq və mülki proses hüququ mövzularını əhatə edən təlimlər keçirilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimləri Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitski tədris ediblər.
Təlimlər hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan onların vasitəsilə digər hakimlərin, eləcə də hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub. 5 gün davam edən təlimlərdə müxtəlif instansiyalar üzrə 19 hakim iştirak edib.
Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu istiqamətdə hakimlərin hazırlığının davamlı olaraq təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.