21 Oktyabr 23:50
21 Oktyabr 23:18
17 Mart 12:15
2 534
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar-fevral aylarında 9,3 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5% çox sənaye məhsulu istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, emal sənayesində 2026-cı ilin yanvar-fevral aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində olub.
