TAİB üzvlərinin daha bir uğuru Hadisə

TAİB üzvlərinin daha bir uğuru

Bu günlərdə “Azərsun Holdinq”in dəstəyi ilə keçirilən “Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: Vikipediya25” tədbirdə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və Gənclər Təşkilatının sədr müavini Quliyev Qədir ölkədə "vikipediya"nın inkişafında xidmətlərinə görə, "Vikimedia Azərbaycan" İstifadəçi Qrupunun sədri Elgün Atalıyev və qrupun sədr müavini Aida Aslanova tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Onu da qeyd edək ki, E.Eltürk ölkədə "vikipediya" hərəkatının əsasını qoyanlardan biri hesab edilir. Bir vaxtlar onun təşkilatçılığı ilə könüllü qruplar yaradılıb. Həmin qruplar Vikipediyanın Azərbaycandilli bölməsinin zənginləşməsində əvəzsiz töhfələr veriblər.