Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
27 Aprel 11:40
2 233
Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbə sakinləri ilə görüş keçirib.
Qəbul zamanı sakinlər bir sıra aktual problemləri diqqətə çatdırıblar. Bildirilib ki, qəsəbənin bəzi ərazilərində yağış sularının çəkilməməsi nəticəsində müəyyən çətinliklər yaranıb. Bununla yanaşı, binalarda liftlərin işləməməsi, elektrik enerjisi ilə bağlı fasilələr və digər məişət problemləri də əsas narahatlıqlar sırasında olub. Sakinlər həmçinin yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müraciətlər də ediblər.
Deputat bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və mövcud problemlərin həlli istiqamətində ardıcıl addımlar atılacaq. Bunun üçün vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb və aidiyyəti qurumlara yönləndirilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.
Cavid
30 İyun 22:01
1 176
30 İyun 21:58
1 148
30 İyun 19:11
1 253
