Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib Hadisə

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib

Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı günü” keçirilmişdir.

Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat almışlar.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilmiş, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilmişdir.

Cavid