22 İyun 09:50
1 785
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.